Ölkəmizdə aparılan islahatlar Cenevrədə təqdim olunub

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazinin müavini İdris İsayev və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Cenevrədə (İsveçrə) keçirilən 115-ci büro iclasında, BSTA-nın 90 illiyinə həsr olunmuş simpoziumda və bu təşkilatın 10 Avropa ölkəsinin, o cümlədən Azərbaycanın üzv olduğu Avropa Rəhbər Komitəsinin iclasında iştirak ediblər.

BSTA-nın büro iclasında dünyada sosial təminat sahəsində inkişaf meyilləri, habelə mövcud olan problemlərə dair müzakirələr aparılıb. Sosial sığorta sisteminin tətbiqində nailiyyətlər əldə edən ölkələrin bu sahədə uğurlu iş təcrübələri diqqətə çatdırılıb, BSTA-ya yeni üzvlərin cəlb olunması barədə təkliflər irəli sürülüb. Həmçinin ötən ay Azərbaycanın da rəhbər orqanına üzv seçildiyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə BSTA-nın əməkdaşlığına xüsusi önəm verildiyi vurğulanıb. İclasda BSTA-nın üzvlük haqları komitəsinə üzvlərin seçkisi də keçirilib. İ.İsayev də BSTA-nın üzvlük haqları komitəsinin üzvü seçilib.

BSTA-nın yaradılmasının 90 illiyi çərçivəsində keçirilən simpozium isə “Rəqəmli iqtisadiyyatda sosial müdafiə” mövzusuna həsr olunub. Simpoziumda iqtisadiyyatda sosial təminatın roluna dair bir sıra məruzələr təqdim edilib.

Növbəti tədbir olan BSTA-nın Avropa Rəhbər Komitəsinin iclasında məruzə ilə çıxış edən İ.İsayev Azərbaycanda əmək və sosial müdafiə sahələrində müasir və operativ, səmərəli idarəetmənin formalaşdırılması, xidmət sahələrinin şəffaflaşdırılması və “bir pəncərə” prinsipi üzərində qurulması üçün aparılan islahatları diqqətə çatdırıb. Təqdim edilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

1927-ci ildə yaradılan BSTA bu gün dünyanın 159 ölkəsindən 322 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirən, dünyada sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır.      BSTA-ya üzv təşkilatların maliyyə vəsaitlərinin həcmi 6 trilyon ABŞ dollarından çoxdur. Üç milyondan çox insanın çalışdığı bu təşkilatlar dünyada 3 milyarddan artıq insana xidmət göstərir.

Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu 2004-cü ildə BSTA-nın Pekində keçirilən Dünya Sosial Təminat Forumunda ilk dəfə, 2016-cı ilin noyabr ayında Panamada keçirilən forumunda isə yenidən bu təşkilatın büro üzvü seçilib.

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında