Culfa şəhərində yaşayış binası istifadəyə verilmişdir

{nl}

Yanvarın 14-də Culfa şəhərində yaşayış binası istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Sura Qurbanova mənzillə təmin olunmalarına, onlara göstərilən diqqət və qayğıya görə binanın sakinləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik etmiş, onlara yeni mənzillərində firavan həyat arzulayaraq demişdir:
-Bu gün hər biri üç otaqdan ibarət 12 mənzilli ev sakinlərin istifadəsinə verilir. Bina vaxtilə yataqxana tipində tikilsə də, yenidənqurmadan sonra burada hər cür kommunal şərait yaradılmışdır. Yenidənqurma işlərinə 500 min manata yaxın dövlət vəsaiti sərf edilmişdir. Bina 269 kvadratmetr genişləndirilmişdir. Bu, ölkəmizdə ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin, ümummilli liderimiz tərəfindən əsası qoyulan quruculuq siyasətinin həyata keçirilməsinin, sabitliyin, dövlətimizin möhkəmlənməsinin, insan amilinə verilən qiymətin nəticəsidir. Azərbaycan inkişaf edir, dövlət başçısının apardığı uğurlu siyasət imkan verir ki, belə tədbirlər həyata keçirilsin, quruculuq işləri aparılsın, mənzilə ehtiyacı olan insanlar üçün evlər tikilib istifadəyə verilsin, Azərbaycan firavan ölkəyə çevrilsin. Ölkəmizin inkişafını Culfa rayonunun da timsalında aydın görmək mümkündür. Bu gün həm də Kapital Bankın Culfa Rayon Filialının inzibati binası yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Ali Məclisin sədri mənzillərin orderlərini sakinlərə təqdim etmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra mənzillərə baxış keçirilmişdir.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında