Gəncədə xeyli silah-sursat və dini ekstremizmi təbliğ edən materiallar aşkar edilərək götürülmüşdür

{nl}

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 14-də Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsi və Gəncə Şəhər Polis İdarəsinin birgə keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri D.Bünyadzadə küçəsi ev 2-də yaşayan 1967-ci il təvəllüdlü Ələkbərov Yusif Fəxrəddin oğlunun evinə baxış zamanı 1 "AKSU", 1 ədəd nömrəsi silinmiş və qundağı kəsilmiş "AK-74", 1 qundağı kəsilmiş "AK-74", 1 "AKM", 1 nömrəsi silinmiş "AKM", 1 əldə düzəltmə "UZİ" silahı, 2 mərmi, iki qumbara, 2 trotil şaşka, 1 fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 güllə darağı, 1 qılınc, 3 bıçaq, 1 portativ səsgücləndirici və ona aid 4 mikrofon, 38 dini məzmunlu plakat, dini ekstremizmi təbliğ edən 17 kitab və 20 disk aşkar edilərək götürülmüşdür.
Y.Ələkbərovun həbsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

{nl}


AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında