COMSTECH İcraiyyə Komitəsinin növbəti iclası 2011-ci ilin aprel ayında Bakıda keçiriləcək

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yanvarın 10-dan 13-dək İslamabadda İslam Konfransı Təşkilatının (İKT) Elm və Texnologiya sahələri üzrə Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 28-ci və Baş Assambleyasının 14-cü iclası keçirilmişdir.
COMSTECH İcraiyyə Komitəsinin 28-ci iclasında təşkilatın baş əlaqələndiricisi, pakistanlı professor Atta-ur Rəhman komitənin ötən illərə dair fəaliyyəti barədə ətraflı məlumat vermiş, daha sonra üzv ölkələri təmsil edən nazirlər və ya digər hökumət nümayəndələri çıxış etmişlər.
Azərbaycanda son illərdə müşahidə edilən iqtisadi yüksəlişi, habelə informasiya texnologiyaları və elm sahələrində həyata keçirilən genişmiqyaslı işləri nəzərə alaraq, Atta-ur Rəhman ölkəmizi qurumda təmsil edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovu COMSTECH-in Baş Assambleyasının baş məruzəçisi (Rapporteur General) kimi namizədliyini təqdim etmiş təklif yekdilliklə bəyənilmişdir. Komitə üzvləri Azərbaycanda informasiya texnologiyaları və elm sahələrində görülən işlərlə yerində tanış olmaq, mövcud təcrübəni ötürmək üçün COMSTECH-in İcraiyyə Komitəsinin növbəti 29-cu iclasının bu ilin aprelində Bakıda keçirilməsini qərara almışlar. İKT ölkələri arasında elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tövsiyə və qərarların qəbul edilməsi, təşkilatın büdcəsinin təsdiqi, İcraiyyə Komitəsi tərəfindən yeni təklif və təşəbbüslərə dair təlimatın hazırlanması, üzv ölkələr tərəfindən komitəyə edilən yardım və resursların artırılması gündəliyin əsas məsələləri olmuşdur.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə elm və texnologiya sahələrinin sürətlə tərəqqisi, ikitərəfli və regional əlaqələrin inkişafı, bu istiqamətdə respublikada təsis edilmiş Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti ilə bağlı məlumat vermişdir.
İclas ərəfəsində nazir Əli Abbasov İKT-nin baş katibi E.İhsanoğlu, Pakistan, Suriya, Misir, İran və Malayziyadan olan həmkarları, habelə Pakistan Elm Fondunun, Pakistanın Elm və Sənaye Tədqiqatları Şurasının sədrləri və digər şəxslərlə görüşlərində elm və texnologiya sahələrində Azərbaycanla əlaqələrin inkişafına dair müzakirələr aparmış, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir.
Nazir Pakistanın rəsmi və ictimai dairələrində böyük nüfuza malik ingilisdilli "Pakistan Observer" qəzetinə müsahibə də vermişdir.
Ölkə prezidentinin vəzifəsini icra edən Pakistan Senatının sədri Faruq Naekin rəhbərlik etdiyi Baş Assambleyanın yanvarın 13-də keçirilən sonuncu iclasında baş məruzəçi, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Baş Assambleyanın icmal xarakterli yekun məruzəsini səsləndirmişdir.
İclasda COMSTECH-in fəaliyyəti ilə əlaqədar bir sıra qətnamə və tövsiyələr qəbul edilmişdir.{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında