BMT: 2050-ci ilədək dünya əhalisinin sayı 9,8 milyarda çatacaq

2050-ci ilədək Yer kürəsinin əhalisi 9,8 milyard nəfərə çatacaq, 2100-cü ildə isə bu göstərici 11,2 milyard nəfər olacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nın İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin yaydığı hesabatda deyilir. Aparılan tədqiqatlara əsasən əhalinin artımı dünyanın 47 az inkişaf etmiş ölkəsinin hesabına baş verir. Hazırda bu ölkələrdə yaşayan qadınların payına orta hesabla 4,3 uşaq düşür. Həmin ölkələrdə yaşayan 1 milyard insan 2050-ci ilədək artaraq 1,9 milyard təşkil edəcək.

 Hesabatda deyilir ki, 26 Afrika ölkəsinin əhalisi bu dövr ərzində iki dəfə artacaq. Ekspertlərin qənaətinə görə, doğuş göstəriciləri azalacağı təqdirdə belə, artma tendensiyası qalacaq. Doğuşun ümumi göstəricilərinin azalması Yer kürəsi sakinlərin qocalması ilə əlaqədardır. Belə ki, 2100-cü ilədək 60 yaşdan yuxarı olan insanların sayı üç dəfə artaraq 3,1 milyard təşkil edəcək.

 Tədqiqatda bildirilir ki, 2024-cü ilədək Hindistanda əhalinin sayı Çini üstələyərək 1,4 milyard nəfər təşkil edəcək. 2050-ci ilədək ABŞ əhalinin sayına görə tutduğu 3-cü yeri hazırda 7-ci pillədə qərarlaşan Nigeriyaya verməli olacaq.

 Qeyd edək ki, hazırda dünyada 7,6 milyard insan yaşayır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında