Kapital Bankın Culfa rayon filialının inzibati binası əsaslı bərpa olunmuşdur

{nl}

Yanvarın 14-də Kapital Bankın Culfa rayon filialının inzibati binası əsaslı bərpadan sonra istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən filialın əməkdaşı Rəqsanə İbrahimova onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlığını bildirmiş, bu qayğının müqabilində əhaliyə nümunəvi bank xidməti göstərəcəklərini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kapital Bankın Culfa rayon filialının əsaslı bərpa olunan binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Filial uzun illər fəaliyyət göstərsə də buradakı şərait günün tələblərinə cavab vermirdi. 86 dövlət, 23 kooperativ və kiçik müəssisəyə, 112 fiziki şəxsə, 23 ictimai təşkilata, 6126 plastik kart müştərisinə xidmət edəcək Kapital Bankın Culfa rayon filialının yeni inzibati binasında burada çalışanlara və müştərilərə lazımi şərait yaradılmışdır".
Ali Məclisin sədri sözünə davam edərək demişdir: "Bank fəaliyyəti elə bir sahədir ki, ondan bütün insanlar istifadə edirlər. Bank xidməti əvvəlki illərdəki sadə formalardan daha mürəkkəb formalara keçir. Təcili pul köçürmələr, bankomat xidməti, fiziki və hüquqi şəxslərə hesabların açılması, onların aktiv və ya passiv olması, digər xidmətlərin düzgün həyata keçirilməsi bankda çalışanların fəaliyyətindən asılıdır. Hər bir müştəri harada düzgün, xoş münasibət görürsə, oraya müraciət edir. Ona görə də filialın fəaliyyətini artırmaq üçün, ilk növbədə, banka müraciət edən müştərilərə yaxşı xidmət göstərilməlidir. Müştərilər əmin olmalıdırlar ki, etibarlı tərəfdaşla müqavilə imzalayırlar, onlarla birgə fəaliyyət göstərəcəklər. Ölkəmizdə ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət ondan ibarətdir ki, insanlar yaxşı yaşasın, xalqımız dünya xalqları içərisində, Azərbaycan isə dünya dövlətləri sırasında öz layiqli yerini tuta bilsin. Bu sahədə bank xidməti mühüm əhəmiyyətə malikdir. Azərbaycanda qurulmuş düzgün pul siyasəti son illər dünyada baş verən qlobal maliyyə böhranının respublika iqtisadiyyatına təsir etməməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan vətəndaşı hesablaşma forması olan manatın nə qədər dayanıqlı, etibarlı olduğunun şahididir".
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra binaya baxış olmuşdur.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında