Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq qarşılıqlı faydalı əlaqələrin inkişaf etməsinə yeni təkan verəcəkdir

{nl}

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq qarşılıqlı faydalı əlaqələrin inkişaf etməsinə yeni təkan verəcəkdir. Bu fikir yanvarın 14-də Azərbaycanın Sənaye və Energetika Nazirliyində Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Günter Ottingerlə keçirilən görüşdə səslənmişdir.
Tədbirdə nazir Natiq Əliyev Azərbaycanda həyata keçirilən neft-qaz siyasəti haqqında ətraflı məlumat vermişdir. Aİ ilə əməkdaşlığın böyük perspektivlərinin olduğunu vurğulayan N.Əliyev gündəlikdə duran layihələrin həyata keçirilməsinə Azərbaycanın töhfə verməyə hazır olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu gün imzalanacaq sənəd Prezident İlham Əliyev ilə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun tapşırıqlarına uyğun olaraq qarşıda duran vəzifələrin müzakirə edilərək həll edilməsi istiqamətində növbəti addımdır.
Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger yanvarın 13-də imzalanmış "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"nin əhəmiyyətini vurğulamış və bu istiqamətdə qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlinəcəyinə ümidvar olduğunu söyləmişdir. Bildirmişdir ki, əməkdaşlığımız qarşılıqlı faydalı əlaqələrin inkişaf etməsinə yeni təkan verəcəkdir.
Sonra sənaye və energetika naziri Natiq Əliyev ilə Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger arasında niyyət protokolu imzalanmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında