Bilik Fondu ideoloji və sosial maarifləndirmə işi aparır

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi istiqamətində fəaliyyətini daha da genişləndirir.

İyunun 1-dən 15-dək Bilik Fondu ilə yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Bakıda və bölgələrdə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub.

Bakı, Gəncə, Sumqayıt, Şirvan və Naftalan şəhərlərində, Beyləqan, Bərdə, Biləsuvar, Hacıqabul, Qazax, Astara, Yardımlı, Xaçmaz, Quba, Qusar, Ağsu, Şamaxı, Abşeron, Ağdam, Tovuz, Şuşa, Ağstafa və Şəmkir rayonlarında yerli ictimaiyyətin nümayəndələri – gənclər, ziyalılar, bölgələrdəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin əməkdaşları üçün qabaqcıl elm və dövlət xadimlərinin, Milli  Məclis deputatlarının
46 mühazirəsi təşkil olunub.

Mühazirələrdə çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti, müstəsna yeri və rolu barədə ətraflı məlumat verilib. Fondun mühazirəçiləri bildiriblər ki,  möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət və gərgin əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Azərbaycan dünyada yüksək nüfuza malik olan ölkə kimi tanınır, dövlətimiz bir sıra mötəbər beynəlxalq təşkilatlarda təmsil olunur. Paytaxt Bakı bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.

  Bilik Fondunun mühazirəçiləri – akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvləri Könül Bünyadzadə, Misir Mərdanov və Musa Qasımlı, Milli Məclisin deputatları, elm xadimləri və başqaları şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, kənd və qəsəbələrin mədəniyyət evləri və təhsil ocaqlarında interaktiv şəraitdə keçən mühazirələrdə sakinlərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıblar.

Bilik Fondunun informasiya təminatı sektorundan bildirilib ki, tədbirdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunublar. Gələcəkdə fond tərəfindən təşkil olunacaq maarifləndirici mühazirələrin mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında