Beynəlxalq əlaqələr inkişaf etməkdədir

{nl}

 Son dövrlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuş, ölkəmizin İKT və həmçinin telekommunikasiya, poçt və peyk rabitəsi sahələrində aparıcı ölkələr qrupuna daxil edilməsi üçün rekoqnasiya - "tanınma" prosesi tamamlanmışdır.
Qeyd edək ki, son illərdə BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqı (ÜPİ), Regional Rabitə Birliyi (RRB), BMT-nin İKT-nin İnkişafı üzrə Qlobal Alyans (GAID), Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), İslam Konfransı Təşkilatı (OIC), Beynəlxalq Telekommunikasiya Peyk Rabitəsi (ITSO), BMT-nin "Genişzolaqlı Rəqəmli İnkişaf üzrə Komissiyası", İntersputnik, Ümumdünya İqtisadi Forumu, İslam Gənclər Forumu və onlarla digər beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzunun möhkəmləndirilməsinə nail olunmuşdur.
Bu qəbildən olan təşkilatların rəhbərləri ilə səmərəli görüşlər keçirilmiş, onların ölkəmizə səfərləri təşkil edilmişdir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə bildirmişdir. O qeyd etmişdir ki, əməkdaşlıq etdiyimiz ölkələrlə müxtəlif sahələr üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qurulmuş əlaqələrin təsbit olunması məqsədilə bilavasitə hökumət səviyyəsində və həmçinin, müvafiq sazişlər və digər hüquqi sənədlər imzalanmışdır. İlkin dövrlərdə iqtisadi inteqrasiyanı sürətləndirmək, hal-hazırda isə ölkə rəhbərliyi tərəfindən təşviq olunan investisiya ixracını artırmaq məqsədilə Azərbaycanda və müxtəlif ölkələrdə (ABŞ - Azərbaycan, Azərbaycan - İsrail, Azərbaycan - Estoniya, Belarus - Azərbaycan, Kuba - Azərbaycan və s. kimi) informasiya texnologiyalarına həsr olunmuş biznes forumları keçirilmiş, rabitə və İKT sahəsinə investisiya qoyuluşu, habelə bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin dünya bazarına ekspansiyasını təmin etmək üçün münbit şərait yaradılmışdır.
Son illər ərzində həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin İKT sahəsində əldə etdiyi uğurlu nəticələr dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən təşviq olunmuş, keçirilən beynəlxalq tədbirlərdə bu nəticələr digər ölkələrə nümunə olaraq təqdim olunmuşdur.
Həmçinin, 2009-cu ilin oktyabr ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş "ITU Telecom World-2009" sərgi və forumunda ölkəmizin milli pavilyonu ilə tanışlıq zamanı BMT-nin baş katibi Pan Gi Munun ölkəmizə marağı və "Trans- Avrasiya Super İnformasiya Magistralı "(TASİM) layihəsinə dəstək verməsi və bunun məntiqi nəticəsi olaraq "Bakutel-2010" sərgi-konfrans iştirakçılarına şəxsən öz adından məktub göndərməsi, sərginin əhəmiyyəti və miqyasını nəzərə alaraq beynəlxalq və nüfuzlu media qurumlarında, əsasən də Avropanın ən aparıcı "Euronews" televiziya kanalında işıqlandırılması xüsusi qeyd olunmalıdır.
Hər il ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin ölkənin müsbət imicinin qorunmasına və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamasına xidmət etdiyini nəzərə alaraq, ənənəvi "Bakutel" və bu qəbildən olan sərgi, konfrans və forumların da əhəmiyyəti qeyd olunmalıdır. Ölkə rəhbərliyinin və beynəlxalq miqyasda tanınmış şəxslərin bu tədbirlərə olan marağı və himayəsi görülən işlərin miqyasının və səviyyəsinin daha da yüksəldilməsinə əlavə stimul yaradır.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında