Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı yevlaxlıları yeni uğurlara həvəsləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2011-ci il tarixli sərəncamları ilə Yevlax rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup şəxsin "Tərəqqi" medalı ilə təltif edilməsi və respublikanın fəxri adlarına layiq görülməsi yeni ilin ilk ayında yevlaxlıların həyatında sevincli, unudulmaz bir hadisə oldu. Yenicə arxada qalmış bayram əhval-ruhiyyəsinə daha bir təntənə, fəxarət əlavə olundu.
Rayon ictimaiyyəti belə hesab edir ki, təqvim ilinin başlanğıcında bir qrup yevlaxlının rayonumuzun son illərdəki hərtərəfli inkişafına, tərəqqisinə göstərdiyi xidməti belə yüksək qiymətləndirməklə dövlət başçısı, əslində, hamılıqla qazanılmış bu uğurları bir daha təqdir edir, bizi yeni zirvələrə ruhlandırır.
Yevlax rayonu, həqiqətən, son illərdə öz tarixində ən yüksək inkişaf pilləsinə qalxmışdır. Biz bunu ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin ilk illərində həyata keçirdiyi xilaskarlıq missiyasının, sonrakı dövrdə yaratdığı siyasi sabitliyin və milli birliyin, başladığı radikal islahatlar proqramının məntiqi nəticəsi kimi dəyərləndiririk. Böyük rəhbərin Yevlaxın problemlərinin həllinə və hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət onun bugünkü nailiyyətləri üçün möhkəm əsaslar yaratmışdır. Həmin qayğıkeş münasibəti sonrakı dövrdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev daha da dərinləşdirmiş, göstərdiyi dəstəklə Yevlaxın həqiqi himayədarına və yevlaxlıların yaxın dostuna çevrilmişdir.
Dövlət başçısının Azərbaycanı hərtərəfli inkişaf etdirmək, modernləşmiş bir ölkəyə çevirmək siyasəti Yevlaxda da təşəbbüskarlıqla, geniş səfərbərliklə həyata keçirilməkdədir. Son 7 ildə rayonumuzda sosial-iqtisadi göstəricilər bir neçə dəfə yüksəlmiş, buna uyğun olaraq misilsiz tikinti-quruculuq, abadlıq işləri aparılmışdır. Sosial-mədəni sfera başdan-başa yeniləşmişdir. Yevlax şəhəri bu yüksəliş və yeniləşmənin məzmununu və mənzərəsini aydın əks etdirir. Qarabağın, Gəncəbasarın və Şirvanın qovuşuğunda yerləşən bu şəhər Prezident İlham Əliyevin müstəsna diqqət və köməyi ilə yeni tipli bölgə mərkəzinə çevrilmişdir. Hər il Yevlaxa gələn, onun qurucuları ilə səmimi görüşlər keçirən dövlət başçısının dediyi xoş sözlər birgə səylərlə ucaltdığımız bu şəhər haqqında ən yaxşı tərifdir: "Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır".
Biz yevlaxlılar əldə edilmiş nəticələri son hədd hesab etmədən gecəli-gündüzlü çalışır, hər gün bir yenilik yaratmağa can atırıq. Prezident İlham Əliyevin daimi qayğısı ilə qarşımıza qoyduğumuz bütün məqsədlərə maneəsiz çatırıq. Dövlət başçısının bu prosesdə fərqlənən insanları layiqincə mükafatlandırması qurucu əməyə, vicdanlı xidmətə dövlətimizin verdiyi önəmin bariz nümunəsi kimi Yevlax ictimaiyyətinin qollarına güc, qəlbinə yeni həvəs gətirir.
Biz bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Yevlaxlılar bundan sonra da dövlətçiliyimizə sadiq qalacaq, uzağardan işləri ilə xalqımızı sevindirəcək.

{nl}


Təltif olunanlar adından: Mustafa Əhmədov, Knyaz Əliyev, Paşa Orucov, Kamil Həmzəyev, Aydın Ellazov, Nizami Həsənov, İlqar Əhmədov və başqaları

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında