"Euronews" telekanalının nümayəndələri İçərişəhərlə tanış olmuşlar

{nl}

Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri İçərişəhəri gəzmişlər.
Kiçik Qala küçəsi ilə tanışlıqdan başlayan gəzinti zamanı qonaqlara dünya şəhərsalma sənətinin nadir nümunələrindən biri, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.
Qonaqlar Dördbucaqlı qala barədə də məlumat almış, Kiçik Qala küçəsində təzə təndir çörəyinin dadına baxmışlar.
Daha sonra qonaqlar ölkəmizin geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən Buxara karvansarasına, Azərbaycan paytaxtının rəmzinə çevrilmiş qədim Qız qalasına tamaşa etmişlər.
Məhəmməd məscidi ilə tanışlıq zamanı qonaqlara beynəlxalq tələblərə uyğun aparılmış muzey-konservasiya işləri barədə məlumat verilmişdir.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında