Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi

Dünən səhər saatlarında Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi təşkil olunub.

Bir saatdan artıq davam edən dərsdə uşaqlar müxtəlif idman hərəkətləri edib, musiqi sədaları altında əyləncəli vaxt keçiriblər.

Dərsi idman ustası, 5 qat respublika çempionu, Avropanın vitse-çempionu, bədii gimnastika, Tonus klubunun müalicəvi bədən tərbiyəsi və streçinq üzrə məşqçisi Aelita Xələfova keçib.

Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlar arasında idmana maraq və sevgini artırmaq məqsədi daşıyan dərs ödənişsiz və giriş sərbəst olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkı şəhər sakinləri və qonaqların dincəldiyi, asudə vaxtlarını keçirdiyi ən sevimli məkanlardandır. Parkda, həmçinin mütəmadi olaraq müxtəlif proqramlar - idman dərsləri, yoqa sessiyaları, konsert və s. proqramlar da təşkil edilir.

Axşam 20:30-da isə mərkəzin parkında dj Kənan və tarzən Azər Abbasovun iştirakı ilə açıq hava konserti olacaq. Konsertə giriş sərbəstdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında