Bişkekdə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" çoxcildliyi nəşr olunacaq

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" çoxcildliyi nəşr olunacaqdır.
Nəşrin tərtibçisi, fondun prezidenti Nüsrət Məmmədov bildirmişdir ki, rus dilində olacaq nəşrin 700 səhifəlik birinci cildi çapa verilmişdir. Burada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin, şöbə müdirləri Əli Həsənovun, Fatma Abdullazadənin, Fuad Ələsgərovun və Prezidentin köməkçisi Əli Əsədovun, təhsil naziri Misir Mərdanovun, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun və başqa müəlliflərin məqalələri toplanmışdır.
Cildin baş məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, baş redaktoru professor Aqil Hacıyevdir.
Kitabda müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, aparılan islahatlar, dövlətimizin başçısının çıxışları, Azərbaycanın bölgələrinə səfərləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, habelə tariximiz, mədəniyyətimizlə bağlı məlumatlar öz əksini tapmışdır. Oxucular Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də tanış ola biləcəklər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş çoxcildliyin Qırğızıstanda, Qazaxıstanda və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulur.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında