Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Regional İnkişaf İctimai Birliyinin nümayəndələri Şəki qarışıq tipli uşaq evinin yerləşdiyi binanın hazırkı vəziyyəti ilə tanış olublar. Bildirilib ki, bina 1897-ci ildə inşa edilib və 1930-cu ildən uşaq evi kimi fəaliyyət göstərir. Uşaq evində valideyn himayəsindən məhrum olan 3-19 yaşlarında uşaqlar məskunlaşıblar. Binanın hazırda uşaq evi üçün istifadəyə yararsız olduğu, buradakı mövcud infrastrukturun uşaqların rahat məskunlaşması üçün tam əlverişli olmadığı qeyd edilib.

Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların mövcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyəsinin və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədilə fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında