Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

{nl}

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay yanvarın 13-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) xarici işlər nazirinin müavini, bu təhsil ocağının rektoru Hafiz Paşayev və professor-müəllim heyəti ilə görüşmüşdür.
ADA-nın mətbuat xidmətindən bildirmişlər ki, H.Paşayev qonağa akademiyada tədrisin təşkili, gələcək planlar barədə ətraflı məlumat vermişdir. Keçən il akademiyanın tələbələrinin Çexiya, Gürcüstan və İranda səfərdə olduqlarını bildirən rektor H.Paşayev Bosniya və Herseqovina ilə də tələbə mübadiləsi aparmağı təklif etmişdir.
ADA-da təhsilin müasir dövrün tələblərinə cavab verdiyini vurğulayan S.Alkalay akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında