Zaqatalada müharibə əlilləri və şəhid ailəsinə yeni evlər verilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Zaqatala rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib. Evlərin təqdim olunması tədbirində ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, Zaqatala rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı həmin insanların maddi təminatlarının gücləndirilməsi, eləcə də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımların atılmasına şərait yaradıb. Bunun təzahürü olaraq, ƏƏSMN tərəfindən Bakıda və respublikamızın regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni inşa olunmuş mənzillərlə təminatı tədbirləri də ildən-ilə uğurla davam etdirilir. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamının icrası işlərinin davamı olaraq, keçən il və cari ilin ötən dövründə nazirlik bu təbəqələrdən olan 320 nəfərə yaxın vətəndaşı müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edib. O cümlədən, qeyd olunan dövrdə nazirliyin xətti ilə Zaqatala rayonunda 17 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunub.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələri Azərbaycan Prezidentinin aylıq təqaüdü, əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də onların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin səmərəli bərpa-müalicə xidmətləri və reabilitasiya vasitələri ilə təminatı da diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, son illərdə ölkədə reabilitasiya sisteminin yüksək standartlar səviyyəsində qurulmasına yönələn mühüm işlər aparılıb və hazırda da davam etdirilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan ailələr dövlət başçısının qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, xüsusən də yeni yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında