Seulda OANA-nın sammiti işə başlamışdır

Aprelin 22-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının - OANA-nın "Xəbər agentlikləri üçün çağırışlar və yeni imkanlar" mövzusunda sammiti işə başlamışdır.
Əvvəlcə tədbir iştirakçıları Koreya gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmişlər.
Sammiti OANA-nın prezidenti Əhməd Müxlis açaraq, bu tədbirin əhəmiyyətindən danışmışdır.
Koreya Respublikasının Yonhap milli xəbər agentliyinin prezidenti Pak Junq Çanq qonaqları salamlamış və tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirmişdir.
Koreya Respublikasının Baş naziri Çanq Un Çan Koreya hökuməti adından iştirakçıları salamlamış və ümidvar olduğunu bildirmişdir ki, onlar Koreyadan xoş təəssüratlarla ayrılacaqlar.
Daha sonra Koreyanın xarici işlər naziri Yu Myunq-Hvanın adından iştirakçılara nahar verilmişdir.
Günün ikinci yarısında sammit işini davam etdirmişdir. ABŞ-ın Bovlinq Qrin Dövlət Universitetinin professoru Oliver Boyd-Barrett, Seul Milli Universitetinin professoru Nam Jun Kanq kütləvi informasiya vasitələrinin inkişafının elmi əsasları barədə məruzələrlə çıxış etmişlər.
Sammitin işində Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın Baş direktoru Aslan Aslanov və Trend agentliyinin baş direktoru İlqar Hüseynov iştirak edirlər.
Sammit işini davam etdirir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında