Ötən ilin bol uduş estafeti davam edir

{nl}

Bayram şənlikləri səngidikcə, lotereya həvəskarları ötən ilin yekunlarını araşdırır, xoşbəxt uduş sahiblərini qibtə hissi ilə yada salırlar. 2010-cu il həm yeni-yeni layihələr, həm də uduşlar sarıdan, həqiqətən, zəngin il oldu və yəqin ki, çoxsaylı lotereya həvəskarlarının yaddaşından uzun müddət silinməyəcək.
Məhz 2010-cu ildə 71 insan "Avto Şou" lotereya oyununda iştirak etməklə Toyota "Corolla", Kia "Rio" və VAZ 2107 avtomobilləri uddular. Onlarla insan iri məbləğdə pul uduşlarına sahib oldular. Qısa vaxt ərzində böyük populyarlıq qazanan "Taleh açarı" lotereya oyunu 152 insanı Bakı şəhərində yeni, təmirli mənzilə sahib etdi. İlin daha bir layihəsi - "Piramida" lotereyasında neçə - neçə iştirakçı iri pul uduşlarına sahib olub və yeni 2011-ci ilin ilk qalibi məhz "Piramida" lotereyasının payına düşdü.
Yeri gəlmişkən, şəffaflıq və aşkarlıq prinsiplərinə həmişə sadiq qalan "Azərlotereya" ASC qaliblər haqqında müfəssəl məlumatları internet və dövri mətbuat vasitəsi ilə mütəmadi olaraq geniş ictimaiyyətə çatdırmışdır.
Ənənəyə uyğun olaraq, ilin son qalibləri ilə tanış olaq. "Avto Şou" lotereyasının son tirajında Sabirabad rayon sakini Xəlilov İsmayıl Məmmədqasım oğlu Toyota "Prado" avtomobilini udaraq, "Avto Şou"-nun son uduş akordunu vurdu. Həmin tirajda Xaçmaz sakini Mustafayev Elşən Ramiz oğlu Toyota "Corolla", Qəbələ rayonundan Mirzəcanov Elçin Akif oğlu, Gəncədən Quliyev Elsevər Akif oğlu və İsmayıllıdan Babayev Qəhriman Əbülhəsən oğlu hərəyə bir VAZ-2107 avtomobili udaraq, özlərinə və ailələrinə Yeni il hədiyyəsi etdilər. Razılaşarsınız ki, 5000 manat udan Gəncəli Məmmədov Vüqar Bəhlul oğlu və 3000 manat udan Abşeron sakini Aslanov Əhməd Mamed oğlunun da bayram töhfələri lap yerinə düşüb. Bu sözləri "Qış möcüzəsi" lotereyasında hərəyə 2000 manat udan İmişli sakini İmanov Nizami Famil oğluna, Bakı sakinləri Əhmədov Vasif Əlirza oğlu və Beydullayev Ağasif İmanverdi oğluna da aid etmək olar. "Qış möcüzəsi" lotereyasından əsil möcüzə payı, gözəl Kia "Sportage" avtomobili isə Bakıdan Vəliyev Cavid Çingiz oğluna qismət oldu. Ümumiyyətlə, ötən ildə "Azərlotereya" ASC-nin keçirdiyi oyunlarda 200-dən çox iştirakçı müxtəlif avtomobillərə sahib olub. İri pul uduşlarının sayı qat-qat çoxdur. Hər bir uduşun arxasında isə hansısa ailənin sevinci durur. "Avto Şou" lotereyasının son tirajında Toyota "Corolla" avtomobilini udan Xaçmaz sakini Mustafayev Elşən Ramiz oğlunun sevinc payını necə bölüşməyəsən? Neçə illərdir övlad gözləyən və nəhayət, arzusuna çatan Elşən deyir ki, bu uduş məhz gözəl Fatimə balanın ayağının düşərli olmasındadır.
Yuxarıda qeyd etdiyimiz kimi, uduşlarla bol olan 2010-cu il öz yerini 2011-ci ilə verən kimi iri uduşların hesabı açıldı. Abşeron rayon sakini Salayev İmanəli Böyükağa oğlu yanvarın 1-də "Piramida" lotereyasının 1-ci tirajında 7000 manat uddu. Bir göz qırpımında uduş estafeti "Binqo" lotereyasına keçdi. Bakı sakini Qarayeva Rəsmiyyə Daşdəmir qızı "Binqo"nun 1-ci tirajında 10000 manat uddu. Yeri gəlmişkən, "Azərlotereya" ASC bu lotereya oyununda yeniliklər etmişdir və artıq iştirakçıları "Cek Pot", "Meqa Pot", "Binqo", "Super Binqo" və "Fortuna" pul mükafatları gözləyir.

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında