Göyçayda oftalmoloq-alim Zərifə Əliyevanın doğum günü qeyd olunmuşdur

Görkəmli oftalmoloq-alim, akademik, Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü münasibətilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yığıncaq keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri Ramiz İbrahimov, Rəxşəndə Rəcəbova, kollecin direktoru Xəlil Orucov, YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Zivər Zeynalova çıxış edərək akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs etmişlər. Natiqlər qeyd etmişlər ki, görkəmli alim Z.Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr etmişdir. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparmış, cərrahi əməliyyatlar həyata keçirmiş, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürmüş, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərmişdir.
Vurğulanmışdır ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı idi. O, bir prezidentin həyat yoldaşı, digər prezidentin isə anası olmuşdur. Çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildirmişlər.
Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin və onun həyat yoldaşı akademik Zərifə Əliyevanın, Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında