İranın neft naziri Seyid Məsud Mirkaziminin Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı olmuşdur

{nl}

Yanvarın 12-də İranın neft naziri Seyid Məsud Mirkazimi Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Ölkəmizə səfəri çərçivəsində Azərbaycanın müvafiq hökumət qurumlarında bir sıra görüşlər keçirdiyini bildirən nazir səfərindən əsas məqsədin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olduğunu qeyd etmişdir.
Danışıqlar çərçivəsində neft və qaz ixracı, yeraltı qaz anbarları, elektrik enerjisi, kadr mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Razılaşmalara əsasən, iki ölkə arasında yaradılacaq müştərək komitə 6 aydan bir görüşlər keçirəcəkdir. Komitənin yaradılmasında əsas məqsəd Azərbaycan və İran arasında neft-qaz və elektrik enerjisi sahəsində əməkdaşlığın inkişafıdır.
Səfər çərçivəsində ARDNŞ ilə İranın Milli Qaz İxracı Şirkəti arasında imzalanan müqavilənin əhəmiyyətinə toxunan nazir qaz müqaviləsinin imzalanmasını irəliyə doğru atılmış addım adlandırmış və gələcəkdə ölkəsinə qaz nəqli həcminin artırılacağının da nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında