280 nəfər əlil may ayında istirahətə göndərilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən daha 80 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına dincəlməyə göndərilib.

Qeyd edək ki, ötən həftə 100 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir. Bu işlərlə bərabər, proqrama uyğun olaraq, əlillərin maddi təminatlarının gücləndirilməsi, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi, cəmiyyətə inteqrasiya imkanlarının artırılması və s. istiqamətlərdə də tədbirlər davam etdirilir.

Əlilləri yolasalma mərasimində qeyd olunub ki, ötən il nazirliyin xətti ilə 1000 nəfərdən çox əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlillərin istirahətinin təşkili proqramı bu il daha çox, yəni 1100 nəfərdən çox vətəndaşı əhatə edəcək. Onlardan artıq 280 nəfəri xüsusi nəqliyyat vasitəsilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb və mövsüm boyu bu işlər davam etdiriləcək.

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında