Azərbaycanın dövlət sərhədini pozduğuna görə 24 nəfər saxlanılmışdır

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Ötən ilin dekabr ayı ərzində dövlət sərhədini pozduğu üçün 24 nəfər saxlanılmışdır. Onların 8 nəfəri Gürcüstan, 5-i Azərbaycan, 4-ü Rusiya, 4-ü Pakistan və 3-ü İran vətəndaşlarıdır.
Axtarışda olan 103 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay ərzində 12 kiloqram 861,7 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində ümumi dəyəri təqribən 338 min 734 manat olan qaçaqmal, o cümlədən 1 ədəd radiostansiya, 10 ədəd 16 millimetrlik patron, 950 qram barıt, 114 min metr tor, 800 qırmaq, 2 qayıq, 335 müxtəlif markalı mobil telefon, 12 min pirotexniki vasitə, çoxsaylı mobil telefon aksessuarları, müxtəlif adda dərman preparatları, siqaretlər, digər sənaye və ərzaq malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında