Azərbaycan ilə Küveyt arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

{nl}

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə səfəri çərçivəsində bu dövlətin Baş naziri Əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Küveyt arasında hökumətlərarası komissiyanın ilk iclasının nəticələri müzakirə olunmuşdur.
Əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin zəruriliyindən danışan tərəflər, komissiyanın qəbul etdiyi protokolda əldə edilmiş razılıqların bu prosesə təkan verəcəyini bildirmişlər.
Küveytin Baş naziri ölkələrimiz arasında təyyarə uçuşlarının təşkil edilməsinin vacibliyini qeyd edərək, neft şirkətləri tərəfindən də əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu vurğulamışdır.
Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə maraqlanmışdır. E.Məmmədyarov hər iki məsələ ilə bağlı ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında