Sosial məsuliyyətin bölgüsü “dəyirmi masa”da müzakirə olunub

Dövlət Məşğulluq Xidmətinin (DMX) Nizami Rayon Məşğulluq Mərkəzi “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda “dəyirmi masa” keçirib.

YAP Nizami rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Dövlət Məşğulluq Xidmətinin, Nizami Rayon İcra Hakimiyyətinin, məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin, həmkarlar təşkilatlarının, rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak ediblər.

Nizami Rayon Məşğulluq Mərkəzinin direktoru İlqar Şıxəliyev dövlət məşğulluq siyasətinin həyata keçirilməsi sahəsində rayonda görülən işləri diqqətə çatdıraraq qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014--2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı tədbirlərinin daha da güclənməsinə imkan yaradıb. Bildirilib ki, sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Nizami rayonunda da məqsədyönlü işlər aparılıb. Rayondakı dövlət müəssisə və təşkilatlarından təqdim olunan vakansiyalar üzrə rayon Məşğulluq Mərkəzi işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təminatı yönündə müvafiq tədbirlər həyata keçirib. Ümumilikdə ötən il və cari ilin yanvar-aprel aylarında mərkəz tərəfindən 1527 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, 132 nəfər şəxs isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Hazırda rayonda işsiz və işaxtaran şəxslərin dövlət müəssisə və təşkilatlarında vakansiyalar üzrə iş yerləri ilə təmin olunması işləri məqsədəuyğun şəkildə davam etdirilir.

“Dəyirmi masa”da rayon Məşğulluq Mərkəzi və işəgötürənlər tərəfindən sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi yönündə həyata keçirilən birgə tədbirlər, onların nəticələri ətraflı təhlil edilib.

Tədbirin sonunda bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında