Azərbaycan kosmik avadanlıqlar istehsal edəcək

{nl}

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən Azərbaycanda müxtəlif kosmik avadanlıqların istehsalına dair işlər aparılır.Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
Artıq bu günədək MAKA tərəfindən hazırlanmış mülki təyinatlı qurğularla yanaşı, daxili rabitə vasitələri üçün bloklar, müxtəlif tipli radiostansiyalar üçün çeviricilər, yay mövsümü üçün şlemofonlar və təlim-məşq kompleksləri Silahlı Qüvvələrdə tətbiq üçün mənimsəmə mərhələsindədir.
Hazırda MAKA tərəfindən ən müasir müşahidə-izləmə şəbəkəsinin və xəbərdarlıq sisteminin yaradılması istiqamətində addımlar atılır. Agentlikdə aparılan kosmik tədqiqatlar nəticəsində ekstremal vəziyyətlərdə operativ qərarların qəbul edilməsinin ekspert sisteminin işlənilməsi, işğal altındakı ərazilərin və sərhəd zonalarının rəqəmli elektron xəritələrinin yaradılması, eləcə də tipik strateji obyektlərin və optimal dislokasiya marşrutlarının tərtib olunması sahələrində yeni nəticələr əldə olunub.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında