“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır

Yarımstansiyaya 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik verilişi xətti çəkilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılmaqdadır.

Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib və bu xəttdə son tamamlama işləri görülür.

Səhmdar cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib. Transformatorlarının gücü 2x6,3 MVA  olan yeni yarımstansiyanın 35 və 10 kV-luq tərəflərində son montaj işləri aparılır. Cocuq Mərcanlı kəndində yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kV-luq şəbəkə yaradılıb.

Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1000 kVA gücündə yeni komplekt transformator məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında