DSMF-nin yerli şöbəsi dövlət idarəetmə orqanları arasında keçirilən qiymətləndirmə müsabiqəsində ən yaxşı nəticə əldə etmişdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Saglam və təhlükəsiz əmək səraitinin yaradılması üzrə ilin ən yaxsı müəssisəsi (təskilatı)" adlı devizi ilə Respublika müsabiqəsi keçirmişdir.
Dövlət idarəetmə orqanları arasında keçirilən qiymətləndirmə prosesi zamanı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ucar rayon şöbəsi ən yaxşı nəticə əldə etmişdir. Məhz əldə edilmiş bu nəticəyə görə Fondun yerli şöbəsi Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən xüsusi diplomla təltif olunmuşdur.
Qeyd edək ki, bu müsabiqənin keçirilməsində Konfederasiyanın başlıca məqsədi insanların əmək şəraiti ilə maraqlanmaq, onlara normal iş şəraiti yaratmaq və sosial vəziyyətlərini yaxşılaşdırmaqdır.
DSMF-nin Ucar rayon şöbəsinin kollektivi üçün müasir və təhlükəsiz iş səraiti yaradılmışdır. Şöbə yeni inzibati bina ilə təmin olunmuşdur. Yeni binada bütün iş yerləri müasir kompyuterlərlə, avadanlıqlarla və eləcə də mebellə təchiz edilmişdir ki, bu da rayon ərazisində yaşayan pensiyaçılara, həmçinin sahibkarlara yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Burada xüsusilə əmək pensiyaçılarına, ahıl vətəndaşlara xidmət imkanları genişləndirilmiş, müasir avadanlıqlar quraşdırılmışdır.
Son illərdə həyata keçirilən kompleks tədbirlər nəticəsində DSMF-nin 70-dən yuxarı şöbəsində müasir kompyuter infrastrukturu yaradılmış, fondun bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilmişdir. Bundan başqa yerli şöbələrin bütün işçiləri müasir kompyuterlər sistemləri ilə təchiz edilmişlər. DSMF-nin bütün şöbələri müxtəlif növ proqramlarla təmin olunmuşdur və hazırda burada əksər işlər kompyuter sistemləri vasitəsi ilə aparılır. Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılmışdır ki, bu da fondun işinin gələcəkdə keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasına kömək edəcəkdir.{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında