ABŞ-dakı diaspor fəalları Vaşinqtonda gələcək fəaliyyət planını müzakirə etmişlər

{nl}

Birləşmiş Ştatlarda fəaliyyət göstərən icma təşkilatlarının başçıları ABŞ paytaxtına birgünlük müzakirələrə toplaşmışlar. Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə keçirilən müzakirələrdə diaspor fəalları 2010-cu ilin nəticələrini təhlil edərək gələcək birgə fəaliyyət planına dair fikir mübadiləsi aparmışlar. Xüsusilə, ötən ilin noyabrında keçirilən seçkilər nəticəsində Konqresdə yaranan siyasi qüvvələr tarazlığı, respublikaçı spikerin başçılığı altında Nümayəndələr Palatasının yeni tərkibi və Senatla işin qurulması məsələləri diqqət mərkəzində olmuşdur.
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev toplaşanlara 2010-cu ildə Azərbaycan Respublikasının xarici siyasətdə əldə etdiyi uğurlardan danışmışdır. O qeyd etmişdir ki, ötən ilin sentyabrında Nyu-Yorkda Prezident İlham Əliyev və Prezident Barak Obama arasında baş tutan görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran müxtəlif məsələlər üzrə açıq dialoq qurmuşlar. Bundan başqa, ötən il dövlət katibi Hillari Klinton, müdafiə naziri Robert Geyts və digər yüksək vəzifəli ABŞ rəsmilərindən ibarət nümayəndə heyətlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında münasibətlərin davamlı və qarşılıqlı hörmət ruhunda inkişafını nümayiş etdirmişdir. Səfir demişdir ki, Azərbaycan-ABŞ münasibətlərinin möhkəmləndirilməsində Amerikada yaşayan azərbaycanlıların da mühüm rolu vardır. Müzakirələrə toplaşan diaspor fəallarının Kaliforniya, Texas, Nyu-York, Florida, Virciniya və digər ştatlardan olduğunu diqqətə çatdıran diplomat bu çoğrafiyanın ABŞ azərbaycanlılarının ölkədə geniş səpələndiyindən xəbər verdiyini demişdir. Yaşar Əliyev Azərbaycanın maraqlarını müdafiədə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin yayılmasında həmvətənlərimizi daha sıx, əlaqəli və fəal olmağa çağırmışdır.

{nl}


Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında