Moskvadakı Ailə Tərbiyəsinə Kömək Mərkəzində Azərbaycan Günü

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu “Kuntsevski” Ailə Tərbiyəsinə Kömək Mərkəzində  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bayram təşkil edib.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndəsi, Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Nataliya Krasovskaya qeyd edib ki, mərkəzdə tərbiyə olunanların çoxu əlil uşaqlardır. Bu tədbirin məqsədi həmin uşaqları Azərbaycan xalqının qədim tarixi, milli ənənələri və mədəniyyəti ilə tanış etməkdir. N.Krasovskaya Mərkəzdə tərbiyə alan uşaqlara müraciətlə deyib: “Bizim bugünkü bayram Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Bu o deməkdir ki, artıq 100 ildir bizim bir etibarlı dostumuz var. O, Rusiya dövlətinin cənub sərhədlərində yerləşir. Dostlar isə bir-birini yaxşı tanımalıdırlar”.

Sonra Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi  yanında “Mayak” məktəbinin yetirmələri tamaşaçılar qarşısında çıxış ediblər. Milli geyimli uşaqlar Müslüm Maqomayevin və Rəşid Behbudovun repertuarından “Sinyaya veçnost” və “Baku” mahnılarını, böyük Azərbaycan şairi Səməd Vurğunun şeirlərini ifa ediblər. Tamaşaçıları şövqə gətirən mili rəqslər uşaqları valeh edib. Müğənni İlona Yankovskaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Dəniz” və “Aç pəncərəni” şeirlərinə yazılmış mahnıları ifa etməklə auditoriyada çox səmimi ab-hava yaradıb.

“Kuntsevski” Ailə Tərbiyəsinə Kömək Mərkəzinin direktor müavini Svetlana Matey AZƏRTAC-ın müxbirinə müsahibəsində qeyd edib ki, Azərbaycan Günündə pedaqoqlar uşaqlara bu ölkə haqqında məlumat veriblər. O deyib: “Biz uşaqlarımıza sizin gözəl ölkəniz barədə, yaxın qonşularımızla əməkdaşlığın və dostluğun bizim üçün vacib olması barədə danışdıq. Biz də məmnuniyyətlə istərdik ki, Azərbaycana gələk, öz musiqi nömrələrimizi gətirək və onları Azərbaycan internat-məktəblərində təhsil alan uşaqlara göstərək”.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında