Azərbaycan əhalisinin təxminən 50 faizi internet istifadəçisidir

{nl}

Digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sektorunun sürətli inkişafı və müasir dövrün tələblərinə uyğun qurulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012- ci illər)" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir.
Azərbaycanın sürətli iqtisadi inkişafı konkret olaraq 2003-2009-cu illəri əhatə edir. Təbii ki, bu mərhələnin inkişaf göstəricilərində informasiya-kommunikasiya texnologiyaları sektorunun da özünəməxsus payı var. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev səlahiyyətlərinin icrasına başladıqdan sonra - 2003-cü ilin dekabrında ilk xarici səfəri çərçivəsində Cenevrədə keçirilən informasiya cəmiyyəti üzrə ümumdünya sammitində iştirak etmiş, informasiya-kommunikasiya sektorunun əsas inkişaf tezisini ortaya qoymuşdur. Möhtərəm Prezidentimizin səsləndirdiyi "qara qızılı insan qızılın"a çevirək tezisi inkişafın prioritet istiqamətlərini müəyyənləşdirmişdir.
2003-2009-cu illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev İKT-nin inkişafını nəzərdə tutan iki mühüm dövlət proqramı imzalamışdır. Ümumi bazanın yenidən qurulub təkmilləşdirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuş, islahatlar, özəlləşdirmə, liberallaşdırma, mütəşəkkil qaydada tənzimləmə siyasəti həyata keçirilmişdir. Qazanılmış uğurlar Azərbaycan Prezidentinin İKT-nin inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür. Bu tədbirlərin nəticəsi olaraq son illər Azərbaycanda İKT sektoru üzrə yüksək göstəricilər əldə olunmuşdur. Belə ki, bu sektor 6 ildə 5 dəfə böyümüş, 2009-cu ili çıxmaq şərti ilə illik artım tempi orta hesabla 30-32 faiz olmuşdur. Onu da qeyd edim ki, bu müvafiq ümumdünya orta göstəricisindən 3 dəfə böyükdür. Bu, barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirmişdir.
Artıq, Azərbaycan əhalisinin təxminən 50 faizi internet istifadəçisidir. Genişzolaqlı internetə çıxış 12 faiz təşkil edir və bu da ümumdünya orta göstəricisini təxminən 2 dəfə qabaqlayır. Bu hesablamalar Beynəlxalq Telekommunikasiya İttifaqının metodikası əsasında aparılır. Bu uğurlu statistik göstəricilərin siyahısını davam etdirsək deyə bilərik ki, ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi mühüm məsələ kimi rabitə birlik və müəssisələri qarşısında qoyulmuşdur. Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 2008-ci ilin sonunda MDB məkanında ilk dəfə olaraq ölkəmizdə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması tam başa çatdırılmışdır.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında