Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili və Beynəlxalq əlaqələr şöbələrinin hesabatları dinlənilmişdir

{nl}

Təhsil Nazirliyindən bildirmişlər ki, nazirlikdə Ali və orta ixtisas təhsili və Beynəlxalq əlaqələr şöbələrinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilmişdir.
Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev şöbənin fəaliyyətinin əsas istiqamətləri, ötən ildə görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı simpozium, konfrans, seminar, treninqlər keçirilmiş, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində müvafiq işlər aparılmışdır.
Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın hazırlanması, "Təhsilin əsasları" fənninin tətbiqi ilə bağlı monitorinq və treninqlərin keçirilməsi barədə söz açan İ. Mustafayev Dünya Bankının vasitəsilə Yaponiya hökumətindən alınmış qrant hesabına ali təhsilin islahatı üzrə layihənin hazırlanması, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" və "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" çərçivəsində həyata keçirilmiş tədbirləri nəzərə çarpdırmışdır.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov şöbənin fəaliyyətinin əsas istiqamətlərindən, 2010-cu ildə beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Qeyd etmişdir ki, Avropa Şurası, Avropa İttifaqı, YUNESKO, İSESKO, KOICA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi), DAAD (Almaniya Akademik Mübadilə Təşkilatı), ACCELS, İREX, Avropa Təlim Fondu, ATƏT, JICA (Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi) və digər qurumlarla səmərəli əlaqələr davam etdirilmişdir.
O, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı görülmüş işlərdən də danışmışdır.
Sonra təhsil naziri Misir Mərdanov hər iki şöbənin gördüyü işlərlə bağlı fikirlərini açıqlamış, qarşıda duran vəzifələrlə əlaqədar tövsiyələrini vermişdir.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında