Kəlbəcər məktəbləri üçün Masazırda və Qalada yeni binalar tikilib istifadəyə verilmişdir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kəlbəcərin 126 nömrəli məktəbi üçün Abşeron rayonunun Masazır qəsəbəsində, 19 nömrəli məktəb üçün Xəzər rayonunun Qala qəsəbəsində yeni binalar tikilmişdir.
Yanvarın 10-da bu binaların istifadəyə verilməsinə həsr olunmuş mərasimlər keçirilmişdir.
Kəlbəcər Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, hər iki mərasimdə Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, Heydər Əliyev Fondunun təmsilçisi İlqar Mustafayev, Təhsil Nazirliyinin nümayəndəsi Sabir Həmidov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Çıraqov və başqaları çıxış etmişlər. Natiqlər ölkədə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlərdən danışmış, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Onlar əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Qeyd edək ki, 126 nömrəli orta məktəb 1999-cu ildən Masazır qəsəbəsində 9 otaqdan ibarət darısqal binada fəaliyyət göstərirdi. Sinif otaqlarının 4-ü Kəlbəcər rayonunun daxili imkanları hesabına, 5-i isə Norveç Qaçqınlar Şurası tərəfindən inşa edilmişdi. Sinif otaqlarının çatışmazlığı, darısqallıq tədris işlərinin səmərəliliyinə mənfi təsir göstərirdi. Yeni bina 240 yerlikdir və 16 otaqdan ibarətdir. Məktəb istilik, su, kanalizasiya sistemləri, zəruri tədris avadanlıqları ilə təmin olunmuş, yeməkxana və kitabxana üçün otaqlar ayrılmışdır.
Rayonun 19 nömrəli tam orta təhsil məktəbi 2007-ci ildən Qala qəsəbəsində yerləşir və 6 ədəd vaqon tipli otaqda fəaliyyət göstərirdi. Yeni bina 220 yerlikdir və 15 otağı vardır. Bu məktəbdə də şagirdlərin təlim-tərbiyəsinin təşkili üçün bütün zəruri şərait yaradılmışdır. Bina istilik sistemi və lazımi avadanlıqla təchiz olunmuş, burada kompyuter şəbəkəsi təşkil edilmiş, idman meydançası yaradılmışdır. Həyətdə yaşıllıq salınmış, bulaq kompleksi inşa edilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında