Azərbaycan ilə Küveyt arasında münasibətlər yüksək səviyyədədir

{nl}

Yanvarın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə işgüzar səfəri çərçivəsində bu ölkənin vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərə dair müzakirələr aparılmışdır.
Vəliəhd Azərbaycan ilə Küveyt arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkəmizdə enerji sahəsində inkişaf prosesi, xüsusilə də təbii qaz hasilatı və ixracı sahəsində aparılan işlərlə maraqlanmışdır.
Nazir E.Məmmədyarov Küveyt Dövlətinin vəliəhdinə Azərbaycanda enerji sahəsində aparılan işlər, bu sahədə müxtəlif dövlətlərlə əməkdaşlıq, həmçinin Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verdiyi töhfə barədə məlumat vermişdir.
Görüşdə ikitərəfli, regional münasibətlər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında