Astanada çıxan "Turan" qəzeti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Prezident İlham Əliyevin müraciətini çap etmiş, ölkəmizlə əlaqədar material vermişdir

{nl}

Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının rus dilində çap edilən "Turan" qəzetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Prezident İlham Əliyevin müraciəti çap edilmiş, ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimovla müsahibə və digər materiallar verilmişdir.
Müsahibədə deyilir ki, ölkələrimiz arasında əsası ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş əlaqələri hazırda Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir.
Materialda qeyd olunur ki, həll edilməmiş münaqişələr arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də vardır və ATƏT bu münaqişənin həllinə daha çox diqqət göstərməlidir. Deyilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş və bir milyon vətəndaşımız öz torpaqlarında köçkünə çevrilmişdir. Səfir bildirir ki, BMT Təhlükəsizlik Şurası işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə qəbul etmişdir və Ermənistan bu günədək torpaqlarımızı qaytarmaq fikrində deyildir. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq, ancaq bu baş tutmasa, işğal edilmiş torpaqlarımızı nə yolla olursa-olsun qaytaracağıq.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında