İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,2 faiz artıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 19441 nəfər və ya 0,2 faiz artaraq aprel ayının 1-i vəziyyətinə 9829422 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Ölkə üzrə əhalinin sıxlığı bir kvadratkilometrə 114 nəfər təşkil edib və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1051, Lənkəran iqtisadi rayonunda 152, Abşeron iqtisadi rayonunda 151, Gəncə-Qazax iqtisadi rayonunda 103, Aran iqtisadi rayonunda isə 94 nəfər olub.

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34967, təxminən gündə 389 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,6 təşkil edib. Doğulan körpələrin 626-sı əkiz, 15-i üçəmdir. Doğum səviyyəsi əsasən Lənkəran (17,9), Aran (16,3), Dağlıq Şirvan (16,2), Quba-Xaçmaz (15,2) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 111 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Cari ilin yanvar-mart aylarında ölkədə 15860 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6 təşkil edib. 2017-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13305 nikah və 3611 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.

Bu müddətdə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 635 nəfər gələn və 301 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 334 nəfər təşkil edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında