"Visions of Azerbaijan" jurnalının yeni internet portalı istifadəyə verilib

{nl}

Avropa Azərbaycan Cəmiyyətinin nəşri olan "Visions of Azerbaijan" jurnalının yeni saytı istifadəçilərə təqdim edilib. (www.visions.az) . İngilis dilli portalda Azərbaycan haqqında müxtəlif sahələri əhatə edən rubrikalar, bölmələr bir-birindən fərqli reportaj və materiallarla zəngindir.
Ölkəmizin iqtisadiyyatı, tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti, mətbəxi haqqında bölmələr xüsusilə seçilir. Portalda həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyi haqqında faktlar və mütəxəssislərin dərin təhlilə əsaslanan məqalələri də yer alıb. Portal istifadəçiləri fotoqalereya bölməsində Azərbaycanın müxtəlif tarixi mədəni abidələrlə zəngin şəhər və regionlarını əks etdirən fotolarla yaxından tanış ola bilərlər. "Məşhur insanlar" rubrikasında Azərbaycanın elmi, mədəniyyəti və digər sahələrdə əməyi olan və ölkəmizi dünyaya tanıdan məşhur şəxsiyyətlər haqqında məqalələr toplanıb. Jurnal həmçinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini, gördükləri işləri də diqqətdə saxlayır və ayrıca bölmədə bu barədə materialları oxucuları ilə tanış edir.
Qeyd edək ki, "Visions of Azerbaijan" jurnalı Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2006-cı ildə təsis edilib. İki aydan bir ingilis dilində nəşr edilən jurnalın yaradıcılıq konsepsiyasının əsası Azərbaycanın dünyada tanıdılması və ölkə barədə akademik informasiya mənbələrinin yaradılmasına dəstək verməkdir. Jurnal Azərbaycan Hava Yollarının beynəlxalq uçuş reyslərində, dünyanın tanınmış elm və təhsil ocaqlarında, tədqiqat mərkəzlərində, həmçinin beynəlxalq təşkilatlarda və Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində müntəzəm yayılır.

{nl}


Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında