İğdır şəhərində "Qlobal və regional siyasətdə qonşularımız və İğdır" mövzusunda konfrans keçirilmişdir

Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə yanvarın 8-də İğdır şəhərinin Mədəniyyət Mərkəzində "Qlobal və regional siyasətdə qonşularımız və İğdır" mövzusunda konfrans keçirilmişdir.
Konfransda TÜRKSAM və Türkiyə-Azərbaycan dərnəyinin sədri Sinan Oğanın məruzəsi dinlənilmişdir. İğdırın strateji əhəmiyyətini qeyd edən S.Oğan, şəhərin Türkiyənin Azərbaycana və Orta Asiyaya açılan qapısı olduğunu vurğulamışdır.
Məruzədə, həmçinin, Türkiyənin daxili və xarici siyasəti, region ölkələri ilə münasibətləri, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsinin zəruriliyi bildirilmiş, ermənilər tərəfindən törədilmiş cinayətkar əməllərin unudulmadığı diqqətə çatdırılmışdır.
Konfransda İğdırın strateji əhəmiyyəti və digər məsələlər ilə bağlı müzakirələr aparılmış, çıxışlar olmuşdur.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında