Avropa Komissiyasının başçısı əmindir ki, onun Bakıya və Aşqabada səfərləri Avropaya enerji ehtiyatları satışı məsələsində irəliləyişi təmin edəcəkdir

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Bakıya və Aşqabada səfəri ərəfəsində əmin olduğunu bildirmişdir ki, Aİ nümayəndələri Avropaya enerji ehtiyatları satışı məsələsində irəliləyişi təmin edə biləcəklər.
AzərTAc Avropada çıxan "EurActiv" nəşrinə istinadla xəbər verir ki, Barrozu öz bəyanatının təfsilatını açıqlamadan qeyd etmişdir ki, həmin ölkələrin səlahiyyətli orqanları ilə danışıqların gedişini "qabaqlamaq" istəməzdi.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri J.M.Barrozu və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger "Nabukko" qaz kəməri layihəsini müzakirə etmək üçün gələn həftə Azərbaycana və Türkmənistana səfər edəcəklər.
Barrozu demişdir: "Mən "Nabukko" layihəsinin reallaşdırılması məsələsində müəyyən tərəqqi gözləyirəm. Fikrimcə, bu sahədə müəyyən tərəqqi artıq əldə edilmişdir. "Nabukko" üçün daha yaxşı perspektivlər mövcuddur. İnanıram ki, bu layihə uğurlu olacaqdır. Məqsədimiz Cənub qaz dəhlizi və əlbəttə, "Nabukko" layihəsi barədə bu ölkələrlə qarşılıqlı öhdəliklərimizi dəqiq müəyyən etməkdir".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında