ARDNŞ-də cari ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur

{nl}

Yanvarın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Şurasının iclası keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, iclasda ötən ildə şirkətin fəaliyyətinin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir. İclasda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qurumun inkişafında yeni mərhələnin başlandığını və cari il üçün fəaliyyət prioritetlərinin müəyyən olunduğunu qeyd etmişdir.
Şuranın qərarı ilə ARDNŞ-in neft və qaz ehtiyatlarının artırılması, qazma həcminin genişləndirilməsi, "Günəşli" və "Neft daşları" yataqlarında yeni özüllərin tikilib istismara verilməsi, yeraltı qaz anbarlarında və kompressor stansiyalarında yenidənqurma işlərinin başa çatdırılması, neft, qaz emalı və neft kimyası kompleksində məhsul çıxımının artırılması, istehsal olunan benzinlərin keyfiyyətinin yaxşılaşdırılması, bu kompleksin qarşıdakı 6 və 8 il müddətində səmərəli işləməsi üçün lazım gələn digər layihələrin icra edilməsi, habelə şirkətin beynəlxalq reytinq göstəricilərinin daha da yüksəldilməsi və s. məsələlər cari ildə qarşıda duran başlıca vəzifələr kimi təsdiq olunmuşdur.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında