Ötən il ARDNŞ qaz təhvilinə dair tapşırıqlara artıqlaması ilə əməl etmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən verilən məlumata görə, keçən ilin dekabr ayında qurum ölkənin təbii qaz təchizatı sisteminə 909 milyon 982 min kubmetr "mavi yanacaq" vermişdir.
Yeraltı qaz anbarlarına 22 milyon 190 min kubmetr "mavi yanacaq" vurulmuş, 160 milyon 961 min kubmetr qaz götürülmüşdür. Dekabrda 1 milyard 48 milyon 753 min kubmetr qaz istifadə olunmuşdur. Bu həcmdən sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 932 milyon 830 min kubmetr təbii qaz verilmiş, Gürcüstana 38 milyon 728 min kubmetr, Rusiyaya 40 milyon 317 min kubmetr qaz ixrac olunmuş, Naxçıvan Muxtar Respublikasının (MR) qaz təminatı üçün İrana 36 milyon 878 min kubmetr "mavi yanacaq" ötürülmüşdür.
ARDNŞ keçən ildə Azərbaycanın yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirmişdir. Belə ki, 2010-cu ilin yanvar-dekabr aylarında ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 11 milyard 509 milyon 420 min kubmetr "mavi yanacaq" vermişdir. Bu, proqnozdan 1 milyard 179 milyon 420 min kubmetr çoxdur.
Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı ilə bağlı imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə yeraltı qaz anbarlarından 804 milyon 183 min kubmetr "mavi yanacaq" götürülmüşdür. Bununla yanaşı, yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 924 milyon 413 min kubmetr qaz vurulmuşdur.
Beləliklə, 2010-cu ildə 10 milyard 389 milyon 190 min kubmetr qaz istifadə olunmuşdur. Bu həcmdən sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 8 milyard 921 milyon 757 min kubmetr təbii qaz verilmiş, Gürcüstana 339 milyon 158 min kubmetr, Rusiyaya 799 milyon 751 min kubmetr qaz ixrac olunmuşdur, Naxçıvan MR-in qaz təminatı üçün isə İrana 328 milyon 524 min kubmetr "mavi yanacaq" ötürülmüşdür.
ARDNŞ tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin (İB) qaz-nəql sistemində və "Azneft" İB-nin Qaz Anbarlarının İstismarı İdarəsinin kompressor təsərrüfatında yerinə yetirilmiş texniki işlər nəticəsində qazgötürmə mövsümünün əvvəlindən 2011-ci il yanvarın 1-dək yeraltı qaz anbarlarında 3,1 milyard kubmetrə yaxın qaz tədarük edilmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında