Gül bayramına hazırlıq işləri davam edir

Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da keçiriləcək gül bayramına hazırlıq işlərini davam etdirir.
Bununla əlaqədar Heydər Əliyev Sarayının qarşısı, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ətrafı, Azneft və Füzuli meydanları, Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, Tbilisi prospekti boyunca yolların kənarı, Səməd Vurğun və Muğan parkları Hollandiyadan gətirilmiş qızıl zanbaqlarla bəzədilmişdir.
Bu güllər içərisində ümummilli lider Heydər Əliyevin adına yetişdirilmiş zanbağın öz yeri vardır.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirmişlər ki, mayın 1-dən 8-dək paytaxtın bütün rayonlarında gül bayramının keçirilməsi üçün də hazırlıq işlərinə başlanmışdır.
Bayrama hazırlıqla əlaqədar aprelin 25-i gecədən Mərkəzi Bank və Heydər Əliyev Sarayı istiqamətlərdən parka çıxan yeraltı keçidlər bağlanacaqdır.
Mayın 10-da isə Milli Parkda möhtəşəm konsert olacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında