Rusiya Federasiyası Federasiya Şurasının sədri Sergey Mironov Moskvada MDB ölkələri parlamentlərinin rəhbərləri ilə görüşmüşdür

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov MDB parlamentləri aparatlarının rəhbərləri ilə görüşmüşdür. Görüşdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin başçılığı ilə Milli Məclisin nümayəndə heyəti, Federasiya Şurasının MDB işləri üzrə komitəsinin sədri Andrey Molçanov, MDB Parlamentlərarası Assambleyasının baş katibi M.Krotov, Federasiya Şurası Aparatının, rəhbəri V.Svinaryov iştirak etmişlər.
Rusiya parlamenti yuxarı palatasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Sergey Mironov informasiya, rəy və təcrübə mübadiləsi baxımından bu formatda mütəmadi görüşlərin vacibliyini vurğulamışdır. Onun sözlərinə görə, MDB Parlamentlərarası Assambleyası MDB məkanında inteqrasiya proseslərinin davam etdirilməsi üçün bu qəbildən olan əməkdaşlıqda maraqlıdır. S.Mironov postsovet məkanında qanunvericiliyin uyğunlaşdırılmasının və MDB Parlamentlərarası Assambleyasının zəngin təcrübəsindən istifadə olunmasının vacibliyini vurğulamışdır. O demişdir: "Parlamentlərarası Assambleyanın fəaliyyət göstərdiyi dövr ərzində 250-dən çox model qanun layihəsi qəbul olunmuşdur ki, onların da əksəriyyətindən milli qanunvericiliklərdə əsas kimi istifadə olunur".
S.Mironov əmindir ki, MDB ölkələri parlament aparatları arasında təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. Söhbət stajkeçmələr mübadiləsinin təşkilindən, MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqdakı baş qərargahında tematik seminarların və diskussiyaların keçirilməsindən gedir. Yuxarı palatanın sədri bildirmişdir ki, bu görüş ölkələrimizin xalqları üçün çox mühüm bayram - Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyi ərəfəsində keçirilir. S.Mironov demişdir: "Biz bu bayrama birlikdə hazırlaşırıq və onu birlikdə keçirəcəyik. Mən şadam ki, mayın 9-da keçiriləcək paradda MDB ölkələrinin bir çoxunun silahlı qüvvələrinin nümayəndələri yanaşı addımlayacaqlar. Şübhəsiz ki, veteranlarımız barədə düşünəndə başlıca vəzifəmiz onların yaşayış səviyyəsini yüksəltmək və ömürlərini uzatmaqdır".
Sonda Sergey Mironov iclas iştirakçılarını sentyabrın 6-7-də İrkutskda keçiriləcək Baltik forumuna dəvət etmişdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında