2010-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə 49 614 müraciət daxil olmuşdur

Xeyli vaxtdır ki, Dövlət Sosial Müdafiə Fondunda telefon məlumat xidməti fəaliyyət göstərir. Əhalinin pensiya məsələlərinə, fərdi uçotun təşkilinə, bir sözlə, sosial sığortaya aid müxtəlif sual və müraciətləri bu xidmət vasitəsi ilə cavablandırılmışdır.
Yola saldığımız 2010-cu il ərzində fondun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ümumilikdə 49 614 müraciət ünvanlanmışdır. Sorğu və müraciətlərin 54 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılmışdır. Telefon məlumat xidmətinə daxil olan müraciətlərin 46 faizi isə qeyri-iş günlərinə təsadüf etmişdir və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilmişdir. Hesabat dövründə "190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 47,6 faizi (12 773) bilavasitə pensiya məsələlərinə aid olmuşdur. Müraciətlərin 25,8 faizini (6909) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə etmişdir. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 26,6 fazi (7151) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olmuşdur.
Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşımışdır. Belə ki, suallar arasında sosial sığorta şəhadətnaməsinin əldə edilməsi üçün tələb olunan sənədlər, ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydaları, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil etmişdir. Müraciətlər arasında bilavasitə fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməmişdir. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilmiş, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunmuşdur.
Qeyd etmək lazımdır ki, telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videoçarx Dövlət Sosial Müdafiə Fondunun saytında yerləşdirilmişdir.Məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09.00-dan 13.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir. Saat 13.00-dan 14.00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında