"Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması" layihəsinin icrasına başlanılmışdır

2010-cu ilin iyul ayından etibarən Azərbaycan Dövlət Əmək Müfəttişliyinin (DƏM) beynəlxalq tələblərə cavab verən strategiyasının həyata keçirilməsinə dair fəaliyyət planına dəstək verilməsi məqsədi ilə hazırlanmış "Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması" layihəsinin icrasına başlanılmışdır.
Üçillik layihə çərçivəsində bir sıra işlər görüləcəkdir. Peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması, iş yerlərində qəzaların qarşısının alınması məsələsinə sosial tərəfdaşların (işəgötürənlər birlikləri və həmkarlar ittifaqları) cəlb olunması bu işlərdəndir.
Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilən layihə AETS-in (Fransa) rəhbərlik etdiyi, GVG (Almaniya), BILSP (Bolqarıstan), BAD (Almaniya) və APAVE-nin (Fransa) daxil olduğu beynəlxalq konsorsium tərəfindən icra olunur. Beynəlxalq ekspertlər qrupuna Niderland Əmək Müfəttişliyinin sabiq baş direktoru Paul Huijzendveld rəhbərlik edir.
Məqsəd əməyin mühafizəsi üzrə norma və standartların inkişaf etdirilməsi, sosial dialoqun aparılması üçün müvafiq şəraitin yaradılması, hərtərəfli və qarşılayıcı yanaşmalar üzrə imkanların artırılması, laboratoriyaların müasirləşdirilməsi, iş yerlərində əməyin mühafizəsi üzrə standartların tətbiq olunması və cəmiyyətin məlumatlandırılması səviyyəsinin yüksəldilməsi ilə Dövlət Əmək Müfəttişliyinin potensialının artırılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, layihə çərçivəsində 2011-2013-cü illərdə DƏM-in həyata keçirdiyi siyasət, əməliyyat prosedurları və etik davranış öhdəliklərinin inkişaf etdirilməsi, müfəttişlərə təlimlər keçirilməsi və DƏM-in laboratoriya avadanlıqlarına qoyulan tələblərin hazırlanması nəzərdə tutulur.
"Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması" layihəsi "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində icra edilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında