Azərbaycan və Türkiyə gənclərinin birinci ideya yarmarkası keçiriləcəkdir

Yanvarın 6-dan Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan və Türkiyə gənclərinin birinci ideya yarmarkasını elan edir.
Fevralın 1-də keçiriləcək yarmarka üçün ideyalar 25 gün müddətində qəbul ediləcəkdir.
Mərkəzdən verilən məlumata görə, məqsəd Azərbaycan və Türkiyə gənclərinin birgə təşəbbüs və ideyalarının reallaşmasına maddi-texniki dəstək vermək, birgə əməkdaşlığı gücləndirməkdir. Yarmarkada Azərbaycan ərazisində yaşayan, təhsil alan və ya işləyən, yaşı 18-dən 29-dək olan gənclərdən ibarət qruplar iştirak edə biləcəklər. Hər qrup özünə rəmzi ad seçəcəkdir.
Yarmarkaya təqdim edilən ideyalar mədəniyyət, sosial inkişaf, təhsil, maarifçilik, sağlamlığın qorunması, gənclər arasında sahibkarlığın inkişafı, gənclərin İKT bacarıqları, incəsənət və musiqinin təbliği, Azərbaycan və Türkiyə gəncləri arasında əməkdaşlıq imkanlarının artırılması və s. sahələri əhatə etməlidir.
Təqdim olunmuş layihələr yarmarkaya çıxarılaraq bir gün ərzində ictimaiyyətin, KİV-lərin və müvafiq dövlət qurumlarının diqqətinə çatdırılacaqdır. Yarmarka təqdimat və sərgi formatında keçiriləcəkdir.
Ən yaxşı 3 layihə dövlət və biznes qurumlarından, KİV və QHT nümayəndələrindən ibarət qiymətləndirmə komissiyasının qərarına əsasən maliyyələşdiriləcəkdir.
Şərtləri və qaydaları, eləcə də ideyaların hazırlanması ilə bağlı sualları cavablandırmaq üçün mərkəz əvvəldən xəbərdarlıq etmək şərti ilə məlumat sessiyaları da təşkil edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında