Bişkekdə ulu öndər Heydər Əliyevə həsr olunmuş "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabının ikinci cildi rus dilində çapdan çıxmışdır

Bişkekdə fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Qırğızıstan paytaxtındakı "Biyiktik" nəşriyyatında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı "Dünya siyasətinin zirvəsini fəth edənlər" ("Pokoriteli verşin mirovoy politiki") kitabının ikinci cildi rus dilində çapdan çıxmışdır.
Nəfis şəkildə 5 min tirajla çap olunmuş 515 səhifədən ibarət bu kitabın tərtibçiləri Nüsrət Məmmədov və Cumadin Kadırovdur.
Nəşrin baş məsləhətçisi Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Milli Məclisin deputatı Qənirə Paşayeva, Qafar Əliyev, Füzuli Nəcəfov, Mirəkbər Həsənov, Əhməd Hüseynov, baş redaktoru professor Aqil Hacıyevdir.
Kitabda müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş və əhatəli materiallar verilmiş, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrələri, sosial sahədə aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, həmçinin tariximiz, mədəniyyətimizlə bağlı əhatəli materiallar verilmişdir.
Kitabda, həmçinin "Heydər Əliyev islahatçı kimi", "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır", "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin yeri və əhəmiyyəti", "Xəzərin hüquqi statusunun müəyyən edilməsində Azərbaycanın xarici siyasətinin təhlili", "Dünya siyasətində Azərbaycan nefti", "Əsrin müqaviləsi haqqında" və bir sıra digər mövzularda materiallar yer almışdır.
Xatırladırıq ki, təxminən 10 gün əvvəl bu kitabın birinci cildi çapdan çıxmışdı.
Bu kitabların hər iki cildinin Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulmuşdur.{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Bişkek

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında