2010-cu il Azərbaycan üçün uğurlu il olmuşdur.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi ötən il baş vermiş beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunları ilə bağlı analitik hesabatını açıqlamışdır.
Mərkəzin sədri Mübariz Əhmədoğlu yanvarın 6-da keçirdiyi mətbuat konfransında demişdir ki, hesabat dövründə Azərbaycan iqtisadiyyatı daha da inkişaf etmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atılmışdır. ATƏT-in Astana sammiti bu münaqişənin həllində yeni mərhələnin başlanmasına zəmin yaratmışdır.
M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan region üçün ciddi təhlükə mənbəyidir və bu dövlətin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır. Dünyanın bir sıra böyük dövlətlərində, o cümlədən ABŞ-dakı son proseslər xarici ölkələrdəki erməni diasporunun ciddi uğursuzluqlara düçar olduğunu bir daha sübut etmişdir. Ermənistan dövlətinin və diasporunun bu iflasında Azərbaycanın məqsədyönlü xarici siyasətinin, eləcə də diasporumuzun uğurlu fəaliyyətinin böyük rolu vardır.
Ötən ildə həyata keçirilən irimiqyaslı layihələrdən, əldə olunmuş nailiyyətlərdən danışan natiq demişdir ki, 2010-cu il Azərbaycan üçün bütövlükdə uğurlu il olmuşdur.
O, həmçinin dünyada və regionda baş verən son prosesləri konkret faktlarla təhlil etmişdir.
Mərkəzin hesabatında ötən ay və ötən il dünyada və regionda baş verən mühüm hadisələr də əksini tapmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında