Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turist səfərlərinin qarşısı alınmışdır

Böyük Britaniyanın "Regent Holidays" turizm şirkəti tərəfindən cari ilin avqustunda Dağlıq Qarabağa planlaşdırılan turist səfərlərinin qarşısı Azərbaycanın Londondakı səfirliyinin səyləri nəticəsində alınmışdır.
Cənubi Qafqazın üç dövləti ilə yanaşı, qondarma "Dağlıq Qarabağ Respublikası"na da ilk dəfə olaraq turist səfərlərinin təşkil olunacağı ilə bağlı məlumat əldə edən səfirlik "Regent Holidays" şirkəti ilə əlaqə yaratmış, səfərlərin Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qəbul ediləcəyini vurğulamışdır.
Səfirlikdən bildirmişlər ki, bununla yanaşı, şirkətin rəhbərliyinin diqqətinə beynəlxalq ictimaiyyətin, xüsusilə də Böyük Britaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi çatdırılmışdır. Böyük Britaniyanın ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyi bildirilmiş, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa icazəsiz səfərlərin qəbuledilməz olduğu, bunu edən şəxslərin gələcəkdə Azərbaycana səfər etmək imkanından məhrum olacağı vurğulanmışdır.
Görülmüş işlərin nəticəsində şirkətin rəhbərliyi nəzərdə tutulmuş turist səfərlərinin ləğv edildiyini, internet səhifələrində isə yerləşdirilmiş müvafiq elanların çıxarılacağını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında