Azərbaycanın Türkiyədəki səfiri nüfuzlu "Zaman" qəzetinə müsahibə vermişdir

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov nüfuzlu "Zaman" qəzetinə müsahibəsində qardaş ölkənin ictimaiyyətini Türkiyə və Azərbaycanı sevməyən bəzi qüvvələrin əlaqələrimizə zərər vermək səylərinə qarşı daha fəal olmağa və bu qüvvələrə fürsət verməməyə çağırmışdır. Onun sözlərinə görə, bu məsələdə iki ölkənin rəsmilərinin və mətbuat nümayəndələrinin üzərinə böyük vəzifələr düşür. Diplomatik nümayəndəliyimizin rəhbəri iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının martda Bakıda keçiriləcəyini bildirmişdir. Bu şuranın yaradılmasına dair saziş ötən ilin sentyabrında imzalanmışdı. Yanvarda şuranın Ankarada ekspertlər səviyyəsində keçiriləcək iclasında iki ölkə arasında imzalanacaq sazişlər müzakirə olunacaqdır. Bundan sonra Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik edəcəyi nümayəndə heyəti mart, yaxud apreldə Bakıya səfər edəcək və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəkdir.
Səfir bildirmişdir ki, ölkələrimiz arasında vizaların aradan qaldırılması haqqında sənədin imzalanması üçün hər iki tərəfdə siyasi iradə mövcuddur. Azərbaycan tərəfi bu məsələdə hüquqi prosedurları həll etmək üçün işləri davam etdirir. Müvafiq sənəd cari ildə imzalana bilər. Səfir demişdir ki, iqtisadi sahədə, xüsusilə nəqliyyat və enerji sektorlarında yeni layihələr həyata keçiriləcəkdir. Bu layihələrin ən mühümü inşası davam edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Məhz bu nəqliyyat xəttinin başa çatması Azərbaycanı Avropaya və Türkiyəni Orta Asiyaya daha sıx bağlayacaqdır. Dəmir yolu xəttinin inşasının 2012-ci ildə tamamlanması gözlənilir. Eyni zamanda, bu layihə son olmayacaqdır və gələcəkdə yeni böyük iqtisadi fəaliyyətlərə də imza atılacaqdır.
Səfir onu da qeyd etmişdir ki, Ermənistanla sərhədlərin açılacağına dair yayılan yanlış söz-söhbətlər artıq geridə qalmışdır və ölkələrimiz arasında dostluq və qardaşlığın sarsılmaz olduğu bir daha təsdiq olunmuşdur. Azərbaycan Dağlıq Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinə səy göstərsə də, təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən bu istiqamətdə heç bir müsbət nəticə əldə edilməmişdir. Biz, bu məsələdə hər zaman Türkiyənin dəstəyini hiss etmişik və bunu yüksək qiymətləndiririk.
Faiq Bağırov Azərbaycanın regionda gündən-günə daha böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdıraraq, Gürcüstanın da iştirakı ilə birgə layihələrin həyata keçirildiyini söyləmişdir. Ermənistan isə, bu regionda tənha ölkəyə çevrilmiş, apardığı qeyri-konstruktiv siyasət səbəbindən bütün böyük layihələrdən məhrum olmuşdur. Rəsmi Yerevanın bu siyasəti nəticəsində Türkiyə ilə normallaşma prosesi də heç bir zaman mümkün olmayacaqdır. Biz gördük ki, Türkiyənin xoş niyyətli mövqeyinə Ermənistan yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirdi.
Səfir bildirmişdir ki, Türkiyə-Azərbaycan-İran xarici işlər nazirlərinin keçən həftə İstanbulda keçirilən toplantısı da mütəmadi olaraq davam edəcəkdir. İkinci toplantının yanvar ayında Tehranda, üçüncüsünün isə Bakıda keçirilməsinin planlaşdırıldığını diqqətə çatdıran Faiq Bağırov demişdir ki, bu əməkdaşlıq regiondakı bir çox problemlərin həlli baxımından faydalı olacaqdır.{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında