Gömrükçülərin müsadirə etdikləri dini məzmunlu kitablar Azərbaycandakı Rus Pravoslav Kilsəsinə bağışlanmışdır

Bakıdakı mirodaşıyan zövcələr kafedral kilsəsində Azərbaycan gömrük orqanları tərəfindən müsadirə edilən 22 adda 79 ədəd müxtəlif məzmunlu dini kitabların təqdimat mərasimi keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qurumun sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirmişdir ki, ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran gömrük orqanlarının ən ümdə vəzifələrindən biri də milli mənəvi dəyərlərin qorunmasında yaxından iştirak etmək, o cümlədən, tarixi-mədəni sərvətlərin qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması hallarının qarşısını almaqdır. Ümumiyyətlə, son illər ölkəmizdə milli, mənəvi və dini dəyərlərin qorunub saxlanılmasına, dini ocaqlara diqqət və qayğı daha da artmışdır. Bu sahədə gömrük orqanları da öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır, milli mənəvi və dini dəyərlərin qorunması işinə töhfələrini əsirgəmirlər.
İndiyədək gömrük orqanları tərəfindən müsadirə edilən müqəddəs kitabların, ikonaların və digər dini əşyaların aidiyyəti təşkilatlara bağışlanmasının bir ənənəyə çevrildiyini söyləyən DGK sədri dinindən və milliyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının vətənimizdə özünü xoşbəxt və firavan hiss etdiyini məmnunluqla diqqətə çatdırmışdır.
Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr hədiyyələrə görə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, bu dəyərli kitabların təqdim olunması mirodaşıyan zövcələr kafedral kilsəsi üçün misilsiz bir hədiyyədir. O, Rusiya Prezidenti Dmitri Medvedevin respublikamıza son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rusiyanın dövlət başçısına qədim ikonaların təqdim olunduğunu məmnunluqla xatırlatmışdır. Bildirilmişdir ki, belə faktlar dünya təcrübəsində nadir hadisələrdəndir və bu addım Azərbaycan-Rusiya dostluğuna dəyərli bir töhfədir.
Azərbaycanda sabitliyin bərpası, iqtisadi dirçəliş haqqında da danışan Aleksandr respublikamızda olan tolerantlığın hətta bəzi ən inkişaf etmiş ölkələrə belə xas olmadığını nəzərə çatdırmışdır. Azərbaycan gömrükçülərinin müsadirə etdikləri dini kitabların kilsəyə bağışlanmasını ölkədə müxtəlif dinlərə, o cümlədən xristianlığa hörmət və ehtiramın bariz bir nümunəsi kimi səciyyələndirən Aleksandr gömrükçülərə işlərində uğurlar diləmiş, Azərbaycan xalqının daim sülh və əmin-amanlıq şəraitində yaşamasını arzulamışdır.
Yepiskop Rusiyadan ölkəmizə keçirilməsinə cəhd göstərilərkən respublikamızın gömrükçüləri tərəfindən müsadirə edilən və Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısına qaytardığı qədim ikonalarla bağlı cinayət işinin araşdırılmasındakı peşəkar fəaliyyətinə görə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin böyük inspektoru Kərim Kərimova Rus Pravoslav Kilsəsinin fəxri fərmanını təqdim etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında